IMG_20211217_101007

“Yerli İcmaların Fövqəladə Hallar zamanı Sağlamlıq üzrə Dayanıqlığının Gücləndirilməsi ” layihəsinin davamı

 

17 dekabr 2021-ci ildə Bakıda, “Hyatt Regency” otelində “Yerli İcmaların Fövqəladə Hallar zamanı Sağlamlıq üzrə Dayanıqlığının Gücləndirilməsi ” layihəsi çərçivəsində tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun və Cəmiyyətin kollektivi, çoxsaylı üzvləri və könüllüləri adından salamladı. İcraçı katib həyata keçirilən layihənin müsbət və güclü nəticələrinin olduğunu söylədi. İstər 44 günlük müharibə, istərsə də pandemiya dövründə Milli Cəmiyyət öhdəsinə götürdüyü bütün işləri layiqincə görmüşdür. Gələcəkdə bütün layihələrdə birlikdə nailiyyət əldə ediləcəyindən əmin oludğunu bildirdi.

Daha sonra Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin sağlamlıq üzrə rəhbəri Nana Tsanava çıxışında bu sahədə çox böyük nailiyyətlər əldə etdiklərini bildirdi. Artıq 3 ildir ki, layihə həyata keçirilir. 2019-cu ildən başlandığını qeyd etdi. Yerli icmaların fəlakətlərdən təsirləndiyini və sağlamlıqlarına ziyan dəydiyini xüsusi olaraq qeyd etdi. Layihənin 3 ölkədə 21 regionu əhatə etdiyini bildirdi. Bu işə icmalardan könüllüllərin cəlb edildiyini söylədi. 3 ölkədə 150000-dən çox insanları əhatə etdiyini bildirdi. İcmalara yerli ərazilərdə spesifik xəstəliklərdən qorunma yolları öyrətdiklərini qeyd etdi. Həmçinin, icma əsaslı layihələrin həyata keçirilməsində dövlət strukturları ilə əməkdaşlığın çox vacib olduğunu söylədi. İcmalarda ilk yardım və psixososial dəstək təlimlərinin həyata keçirildiyini qonaqların diqqətinə çatdırdı.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq üzrə nümayəndəsi Laura Sesenna  çıxışında AzQAC ilə əməkdaşlıq əlaqələrinin uzun zamandır yüksək səviyyədə qurulduğunu bildirdi. Fövqəladə hallar zamanı icmaların hadisələrə daha tez reaksiya verə bildiyini söylədi. Bu illər ərzində BQXK-nın ilk yardım təlimlərini təşkil etdiyini bildirdi. Xüsusilə, Ağdam və Tərtərdə ilk yardım məntəqələrinin yenidən təmir etdikərini söylədi. Pandemiya zamanı məlumatverici materialların paylanılması işini həyata keçirdiklərini və bu sahədə dövlətə yardımçı oldularını qeyd etdi.

Daha sonra çıxış edən UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan təşkilatlarının Azərbaycandakı icma əsaslı fəaliyyətləri, AzQAC ilə əməkdaşlıqları haqqında məlumat verdi. Gələcəkdə daha böyük layihələrdə birlikdə çalışmağımızdan məmnun olacaqlarını bildirdi. İcma əsaslı layihələrdə uşaqların bütün təsirlərdən mümkün qədər daha çox qorumalı olduqlarını xüsusi olaraq vurğuladı.

Daha sonra AzQAC-ın İcraçı katibinin müavini Səbinə Məhbubi İran “Yerli İcmaların Fövqəladə Hallar zamanı Sağlamlıq üzrə Dayanıqlığının Gücləndirilməsi ” layihəsi çərçivəsində görülən işlər haqqında geniş təqdimat etdi. O, həmçinin dövlət strukturları ilə Milli Cəmiyyət arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə qurulduğunu bildirdi. Səhiyyə, Təhsil, Fövqəladə Hallar nazirlikləri, ANAMA təşkilatı, Dövlət Miqrasiya xidməti, Beynəlxalq Miqrasiya Təşkilatı və digər Milli Cəmiyyətlərlə əməkdaşlıq memorandumlarının imzalandığını qeyd etdi.

          Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin Operativ idarəetmə şöbəsinin rəisi mayor Namiq Abdullayev fövqəladə hallar zamanı icmaların hazırlığı və cavabvermə qabiliyyətinin artmasına verilən töhfələr və vətəndaş cəmiyyəti təşkilatlarla olan əməkdaşlığın rolundan bəhs etdi. Həmçinin, AzQAC ilə FHN arasındakı anlaşma memorandumuna əsasən fəaliyyətlərin qurulduğunu bildirdi. Fövqəladə hallar zamanı səhiyyənin çox vacib bir məsələ olduğunu qeyd etdi.

Daha sonra çıxış edən AzQAC-ın Fövqəladə Hallar aHazırlıq və cavabvermə şöbəsinin müdiri- İcraçı Katibin müavini Elşən Səlimzadə AzQAC ilə FH komisisyası ilə qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi. Fövqəladə hallar zamanı İlk yardım, qan donorluğu və psixososial dəstək fəaliyyətlərini həyata keçirdiklərini söylədi. 6 il davam edən TOM layihəsinin nəticələrinin göz qabağında olduğunu xüsusi olaraq diqqətə çatdırdı. Həmçinin, İran QAC-ın dəstəyi ilə ən ucqar dağ kəndlərində ümumi müayinə işlərinin aparıldığını söylədi.

AzQAC-ın ən başlıca tərəfdaşlarından olan Türkiyə Qızıl Aypara Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Semih Paslı çıxışında Türkiyə QAC-nın Azərbaycan göstərdiyi dəstəkdən bəhs etdi. İstər 44 günlük müharibə istərsə də pandemiya dövründə 30 yük maşınları ilə dolu humanitar yardımların ehtiyaclı insanlara paylanıldığını diqqətə çatdırdı.

Sonda müzakirələr aparıldı, suallar və təkliflər dinlənildi. Müvafiq qərarlar qəbul edili.IMG_20211217_101128 IMG_20211217_101217 IMG_20211217_101507 IMG_20211217_102632 IMG_20211217_103832 IMG_20211217_104326 IMG_20211217_104352 IMG_20211217_104554 IMG_20211217_105039 IMG_20211217_114906 IMG_20211217_115513 IMG_20211217_121434 IMG_20211217_122319 IMG_20211217_122719 IMG_20211217_123015 IMG_20211217_124014 IMG_20211217_124047

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.