30 dekabrda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş idarəsində Miqrasiya şöbəsinidə Azərbaycan dili kursunun şagirdləri ilə 2021 –ci ilin son dərs oldu. Dərs Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il – 2022-ci ilin gəlişi gününə təsadüf etdiyinə görə nəğməli, əyləncəli oldu. Şagirdlər bir-birinə Yeni il təbrikləri yazdılar, Yeni ilə aid şerlər və nəğmələr oxudular. Azərbaycan dili müəllimi Sona Hacıyeva 31 dekabr haqqında,danışaraq dünya azərbaycanlılarının həmin gün hər yerdə bir olaraq tədbir keçirdiklərini,,birlik nümayiş etdirdiklərini söylədi.. Müəllimə bir daha onu vurğuladı ki, bu il hər iki bayram zəfər sevinci , qələbə ruhu ilə şövqlə qeyd edilir. Sonra şagirdlər şirniyyatlı çay süfrəsinə dəvət edildilər və İctimai Layihələr koordinatoru Mətanət Qaraxanova və müəllimənin təşəbbüsü ilə hazırlanan Qurban payı və ərzaq paketləri ilə təbrik edildilər.
Yenə kimlərinsə üzündə bir təbəssüm,evində “kasıbın olanından “ azacıq bayram sevinci ola bildiksə, nə xoş halımıza!
Sonra miqrantlara gigiyenik vasitələr də paylandı və bayram günlərində daha ehtiyatlı olmaq, xəstəlikdən qorunmaq yolları barədə də qısa məlumat verildi. Miqrantlar da Cəmiyyətə , Miqrasiya şöbəsinin əməkdaşlarına və dr. Mətanət Qaraxanovaya təşəkkür etdilər.