IMG-20211229-WA0028

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Vərəm əleyhi Koalisiya tərkibində Vərəm təlimində iştirak etdi

Bu yaxında Şərqi Avropa və Mərkəzi Asiya Ölkələrinin Vərəm Proqramı TB REP2.0 proqramı çərçivəsində “Vərəm haqda marifləndirici tədbir” keçirildi.Təlimdə  iştirakçılar vərəm, onun profilaktikası, diaqnostikası, müalicəsi, Vərəm və İİV/QİÇS, dünyada və ölkəmizdə vərəmlə bağlı vəziyyət kimi bir çox mövzularda təqdimatları dinləyib, yeniliklərdən xəbərdar oldular və peşəkar təlimçilərə öz suallarını ünvanladılar. Cəmiyyətdə vərəmli , eləcə də İİV-lə yaşayan insanlara qarşı güclü damğalanmanı nəzərə alaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin bilik və bacarıqlarının artırılmasının stiqmanın qarşısının alınmasında vacib rol oynayacağı baxımından bu təlim çox actual və faydalı oldu. İştirakçılara sertifikatlar təqdim edildi.Təlimdə Qızıl Aypara Cəmiyyətini  Cəmiyyətin İctimai Layihələr əməkdaşı, miqrantlara Azərbaycan dili müəllimi Sona Hacıyeva təmsil etdi.IMG-20211229-WA0027

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.