Bu günlərdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Sığınacaq axtaran şəxslər üzrə İşçi Qrupunun təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) növbəti iclas keçirildi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Görüşdə sığınacaq axtaran şəxslərin məsələləri müzakirə olundu. Qızıl Aypara Cəmiyyətini cəmiyyətin İctimai Layihələr əməkdaşı, miqrantlara Azərbaycan dili müəllimi Sona Hacıyeva təmsil etdi. Görüşdə DMX Qaçqın statusunun müəyyən olunması idarəsinin əməkdaşı, işçi qrupuna daxil olan qeyri-hökümət təşkilatlarının , BAMF-nun və medianın nümayəndələri iştirak etdilər.İşçi qrupun rəhbəri Zəminə Səfərova ehtiyaclı miqrantların məsələlərinin həll olunmasında DMX VƏ Ictimai Şuranın rolunu qeyd etmişdir. Görüşdə çıxış edən nümayəndələr ölkə ərazisində əcnəbilərin rastlaşdıqları problemlərə toxunub, onların həlli yolunda öz təklif və tövsiyyələrini bildirdilər.Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi də öz tərəflərindən görülən işlərdən və yerinə yetirilən miqrant müraciətlərindən, 10 ildir pulsuz təşkil edilən Azərbaycan dili dərslərindən, miqrantların cəlb edildiyi tədbir və seminarlardan, onlara verilən pulsuz güzəştli tibbi müayinə kartlarından, edilən humanitar yardımlardan söhbət açmışdır.
Fəal müzakirə şəraitində keçən tədbirdə verilən suallar DMX-nin əməkdaşı tərəfindən ətraflı cavablandırıldı. Sonda belə görüşlərin tez-tez keçirilməsi və hər dəfə actual problemlərin müzakirəsinin təşkil edilməsi səsləndirildi.