Görüş Sevilya razılaşması ilə bağlı Milli Cəmiyyətlərin müzakirəsi idi. Görüşdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və Milli Cəmiyyətlər tərəfindən ekspertlər iştirak edirdi. Görüş zamanı Milli Cəmiyyətlər Sevilya razılaşmasına uyğun olaraq bölünmüş rollardan və Milli Cəmiyyətlərin həmən rollarda Beynəlxalq Qızıl Xaç Komitəsi ilə qarşılıqlı əməkdaşlığı barədə təqdimatları etdilər. Görüşə Azərbaycan tərəfi də qatılmışdır. Baş tutan görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən baş katib Ceyhun Mirzəyev iştirak edərək, müharibə dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə qarşılıqlı əməkdaşlıqdan danışdı.