271956074_1542168746164683_4301948073858606043_n

“Yerli icmaların Fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində fəaliyyətlər davam edir

Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi  (USAID) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən maliyyə və texniki dəstək göstərilən,  Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC)  yerinə yetirdiyi “Yerli icmaların Fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində fəaliyyətlər davam edir.

Bu layihəni 6 region ( Sumqayıt, İsmayıllı, Sabirabad,Lənkəran,Mingəçevir və Gəncə) 12 şəhər və rayon (Sumqayıt, İsmayıllı, Lənkəran, Astara, Sabirabad, İmişli,Mİngəçevir,Gəncə, Qax, Şəki, Ağdaş və Tovuz) və 39 icmanı əhatə edir. Layihə idarəçisi  Samirə Həsənli tərəfindən Yanvar ayı üzrə olan tapşırıqlarına əsasən şəhər və rayon bölmələrinin sədrlərinin idarəçiliyi ilə rayon və icma əsaslı könüllülərinin fəal şəkildə həm könüllülər arasında, həm də icma üzvlərinə yönəlmiş aşağıdakı təlimləri həyata keçmişdir.

Belə ki 20-23 dekabr tarixlərində AzQAC tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş “İlk yardım” təlimində   nəzəri və praktiki biliklər əldə etmiş AzQAC-nin  heyət və könüllüləri  bu bilik və bacarıqları digər könüllülərə və həmçinin icma üzvlərinə ötürülməsini həyata keçirdilər. Mövzu üzrə təlimlər Tovuz, Gəncə, Sabirabad, İmişli, Lənləran rayon və şəhər bölmələrinin ofisində, həmçinin Sumqayıt, Qax, Mingəçevir, İsmayıllı, Astaraya aid olan icmalarda – Sumqayıt şəhər avtomobil məktəbinin yataqxana icması, Qaxbaş kənd icması, “Tərvəzçilik” icması, Xanagah icması, Qapçıməhəllə Ə.Əliyev adına məktəb və Deqədi icmasında keçirilmişdir.Təlimlər zamanı AzQAC və BQXK əməkdaşlığı ilə hazırlamış, işçilər, könüllülər və icma üzvlərinin praktiki olaraq istifadəsi üzün nəzərdə tutulan və ilkin nümunə olaraq təqdim olunan “İlk yardım” üzrə broşur və təlimatlardan istifadə olundu.

Bununla birlikdə Qarın yatalağı, Dizenteriya, Vəba,” Oral redidratasiya məhlulunun hazırlanması”, Kəskin respirator xəstəliklər və Vərəm mövzuları üzrə İcmalarda əhali ilə söhbət aparılmış və broşurlar paylanılmışdır. (Şəki-Orta Zəyzid,Qoxmuq kənd icması,Sumqayıt- Sumqayıt şəhər Beton zavod ərazisi,Gəncə-İcma ərazisində yerləşən 122 saylı Kəlbəcər məktəb,Sabirabad- Yuxarı Axtaçı kənd məktəbi,Qax-Ağçay və Qaxbaş kənd icması).271650252_3258603167756244_6583723848290882765_n 271892122_2205518239586094_1032556043526589244_n 272059084_282443033952971_6416609351217186892_n 272201441_1878938618973491_8354502318590359813_n 272362125_3271811826435378_5030149451883283345_n 272692312_1548537765527781_1955843884139309760_n (1) 272708609_4588479991271894_1732287013307352133_n 272760004_1548553115526246_1209599494972181539_n 272810769_4602880946498465_6773910486514464298_n 273010850_1548537982194426_2524506539086641617_n WhatsApp Image 2022-01-27 at 21.36.18 (1) WhatsApp Image 2022-01-27 at 21.49.30 (7) WhatsApp Image 2022-01-27 at 22.02.54 (4) WhatsApp Image 2022-01-27 at 22.12.38 (4) WhatsApp Image 2022-01-30 at 19.05.17 (3)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.