10 Fevral 2022 tarixində “2022-ci il üçün AzQAC və BQXK arasında Əməkdaşlığa dair Planlar və Fəaliyyətlər” adlı onlayn formatda görüş keçirildi. Görüşdə AzQAC-ın və BQXK-nın baş ofisinin əməkdaşları və Milli Cəmiyyətin şəhər və rayon bölmə sədrləri iştirak edirdi.
Görüşün açılışında tərəflər AzQAC və BQXK arasında olan əməkdaşlıq barədə fikirlərini bildirdi. Onlayn görüş zamanı önə çıxan əsas məsələlərdən biri də 2022-ci il üçün nəzərdə tutulan birgə fəaliyyət istiqamətləri idi. Görüşün irəliləyən saatlarında Sağlamlıq və İlk Yardım, Psixi Sağlamlıq və psixososial dəstək, Təhsilə Giriş, Kommunikasiya və Yayım, Ailə Əlaqələrinin Bərpası, Silahlarla çirklənmə, Su və Yaşam, İqtisadi təhlükəsizlik kimi birgə fəaliyyət istiqamətləri barədə müzakirələr edildi.
Görüşdə könüllülər barədə də geniş müzakirələr yer aldı. Könüllülərin bu fəaliyyət istiqamətlərində etdikləri dəstək müsbət dəyərləndirildi.
Görüşün sonunda isə AzQAC-ın və BQXK-nın baş ofisinin əməkdaşları və Milli Cəmiyyətin şəhər və rayon bölmə sədrləri işlərin bu il də əməkdaşlıq çərçivəsində davam edəcəyini vurğuladılar. Tərəflər bu əməkdaşlığın uğurlu olduğunu və gələcəkdə də belə davam etməsini bildirdilər.