27 yanvar 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş idarəsində Miqrasiya şöbəsinidə Azərbaycan dili kursunun əfqan, yəmən, pakistanlı şagirdləri ilə növbəti dərsdən sonra pandemiya dövründə psixo-sosial dəstək yönümlü seminar keçirildi.
Müəllimə, İctimai layihələr proqramının əməkdaşı Sona Hacıyeva şagirdlərə COVİD-19-un yeni ştammları, yoluxma səviyyəsi, profilaktik tədbirlər,qorunma üsulları və bu müddətdə ehtiyac duyulan zəruri psixo-sosial dəstək mövzularında marifləndirici seminar keçirdi. Seminarda 20 miqrant iştirak etdi. Miqrantları maraqlandıran suallar cavablandırıldı
Sonda onlara COVİD əleyhinə dezinfeksiya edici vasitələr və səhiyyə marifi məlumat kitabçaları və bukletlər paylandı. Miqrant ana Nahid Əkbəri və Yəmənli miqrant qız Mariya Fadel Əhməd bu seminarın onlar üçün çox vacib olduğunu və çətin vaxtlarda məlumatlandıqlarını və bunun üçün yaradılan bu şəraitə görə minnətdar olduqlarını söylədilər.