Screenshot (21)

COVID-19 ilə bağlı onlayn maarifləndirmə seminarı keçirildi

COVID-19 xəstəliyi koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir.

Dünyada olduğu kimi, Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsini zəruri edir. Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir. Ölkədə insanların sağlamlığının qorunması, az vəsaitlə pandemiyaya qarşı mübarizənin səmərəli təşkil edilməsi məqsədilə vaksinasiya tədbirlərinin həyata keçirilməsi daha məqsədəmüvafiq hesab edilir. Eyni zamanda COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün bütün qurumların, əhalinin səfərbər olması vacib hesab edilir. ÜST vaksinlərin  bu pandemiyaya nəzarət etmək üçün mühüm imkanları və cəmiyyətdə yüksək dərəcədə istifadəsi mühüm olduğunu qeyd edir.

Pandemiyanın ilk günlərindən dünya ölkələrində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatın üzvləri olan Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Milli Cəmiyyətlər COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində (tibbi-sosial, psixoloji və humanitar yönümlü) ölkələrə dəstəkverici rol oynayıb, fəal iştirak edirlər. Azərbaycanda icra olunan “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın  əsas prinsiplərindən biri  əməkdaşlıq prinsipidir. Elə bu prinsipi -pandemiya ilə mübarizədə beynəlxalq səviyyədə bütün maraqlı tərəflərlə konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasını əsas tutaraq,  Azərbaycan Qızıl Aypara Cəmiyyəti icmaya əsaslanan sağlamlıq proqramları  çərçivəsində  əhali arasında COVID-19 la mübarizə tədbirlərində, vaksinasiyaya cəlb etmədə  geniş maarifləndirmə fəaliyyətlərini həyata keçirmək məqsədilə öz işçi heyyətini və könüllülərinin bilik və bacarıqlarının artırılmasına yönnələn seminar və təlimlər təşkil edilir.

Belə ki, fevral ayının 7-də Ağdam və Tərtər Rayon Bölməsinin könüllüləri üçün “COVID-19 Vaksinasiya dair  məlumatlar” adlı seminar təşkil olunmuşdur. Seminar onlayn formatında keçirilmişdir. Seminar BQX/QACF dəstəyilə həyata keçirilən “Fövqəladə hallar zamanı icmaların sağlamlığına dair dayanığlığı” layihəsi çərçivəsində, layihhə meneceri Samirə Həsənli və AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən aparılırdı. Seminarda iştirak edən Ağdam və Tərtər Rayon Bölmələrinin əməkdaşlarına və könüllülərinə COVID-19 qarşı peyvəndlər, onların  yoluxucu xəstəliklərlə mübarizədə təhlükəsiz və mühüm olduğu barədə geniş məlumatlar təqdim edildi. Bununla yanaşı,  vaksinasiya ilə əlaqədar tədbirlərdə, əhali arasında uyğun səmərəli kommunikasiyanın prinsipləri vurğulanaraq, könüllülərin davranış qaydaları xüsusi olaraq qeyd olundu. Tədbirdə 15 nəfər iştirak etmişdir.

Screenshot (21) Screenshot (17)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.