Azərbaycan Qızıl Aypara Sumqayıt şəhər bölməsi “Yerli icmaların Fövqaladə Hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində bu ay üçün nəzərdə tutulan Psixososial dəstək təlimi keçirildi. Layihə çərçivəsində öncədən təlim almış bölmə könüllüsü Taleh Bədəlov 12 nəfər icmaəsaslı könüllülərə bölmənin ofisində Psixososial dəstək üzrə təqdimat təqdim edərək məlumatlar verdi. Təqdimat zamanı Psixoloji stressin yaranması, məqsədləri, prinsipləri, empatiya nədir və digər mövzular haqqında məlumat verildi. Öncədən hazırlanmış təlimönü və təlimsonu testlər iştirakçılar tərəfindən cavablandırıldı.