Hər il olduğu kimi bu il də SOCAR Polymer MMC-nin rəhbərliyi Novruz bayramında ahıllarımızı unutmamış, onlara bayram sovqatlarının hazırlanmasında öz dəstəklərini göstərmişdilər. Bölmə sədri Mətanət Məhərrəmova SOCAR Polymerin əməkdaşı Orxan Xəlilzadəni salamlamış, bayramlarda bölmə qeydiyyatında olan ahıllara göstərdikləri diqqət və qayğı ücün təşəkkürünü bildirmişdi. SOCAR Polymerin məsul işçisi Orxan Xəlilzadə də rəhbərliy adından ahılları bayram münasibəti ilə təbrik edərək, xoş arzularını bildirdi. Bayram qutuları alan ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat nümayəndələrinə, AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildirdirərək, xeyir-dua verdilər. SOCAR Polymer MMC-nin əməkdaşı və bölmə könüllüləri yataq xəstələrinin sovqatlarını evlərində catdırdılar. Bildirmək istəyirik ki, bu bayramda SOCAR Polymer MMC-nin dəstəyi ilə 110 ahıl ailələri sevindirildi.