Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Davron Mukhamadiev ilə işgüzar görüş keçirildi. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev, İcraçı katibin müavini Şaban Şayev, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Milli Cəmiyyətin inkişafı üzrə nümayəndəsi Serdar Günel və Beynəlxalq Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev iştirak etdi.
Görüşün əsas mövzusu 2022-ci ilin sonuna qədər olacaq bütün fəaliyyətlərin müəyyən edilməsi idi. Görüşdə 2022-ci ilin sonuna qədər həyata keçirələcək bütün fəaliyyətlərin rüblük olaraq ələ alınması nəzərdə tutulub. Bir digər məsələ isə fəaliyyətlərin planlaşdırılması barədə idi. Qarşılıqlı müzakirə zamanı il sonuna qədər görüləcək işlərin və fəaliyyətlərin planlaşdırılması və bu plana uyğun icra olunması qərarlaşdırıldı.