IMG-20220406-WA0015

İran Hilali Əhmər Cəmiyyətinin vitse-prezidenti Fərhad Dehneşin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində qonaq oldu

İran Hilali Əhmər Cəmiyyətinin vitse-prezidenti Fərhad Dehneşin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində oldu və Milli Məclisin deputatı, AzQAC-ın prezidenti cənab Novruz Aslanov tərəfindən qəbul edildi.

Cənab Novruz Aslanov qonağı AzQAC-ın baş ofisində görməkdən məmnunluğunu bildirdi və   AzQAC ilə İran Hilali Əhməri arasında sıx əməkdaşlıqdan söz açdı. İran Hilali Əhmərin AzQAC ilə humanitar sahədə sıx əməkdaşlığından, işgüzar münasibətlərindən və həmçinin göstərilən dəstəkdən məmnun olduğunu ifadə etdi. Bu əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə dair arzusunu bildirdi. Bunun bariz nümunəsi olaraq İran Hilali Əhmərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyindən və klinikasından söz açdı.

Cənab Dehnişin də öz növbəsində Azərbaycanda olmağından məmnun olduğunu bildirdi, İran Hilali Əhmərinin prezidenti Dr Pir Hossein Kolivanda salamlarını çatdırdı və qeyd etdi ki, bundan sonra da hər iki milli cəmiyyət arasında işgüzar əlaqələr genişləndiriləcək və hər iki tərəfdaş milli cəmiyyətlər arasında humanitar sahədə əməkdaşlıq davam edəcəkdir. Görüşdə həmçinin Azərbaycanda fəaliyyət göstərən İran Hilali Əhmərinin klinikasının direktoru Seyid Kənani də iştirak edib.

IMG-20220406-WA0015 IMG_20220406_120651

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.