Türk Kızılayı Ramazan yardımları adı altında Azərbaycanda 4 min ailəyə yardım paketlərinin paylanmasına başladı. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də iştirakı ilə yardım paylarının şəhid ailələri və ehtiyac sahiblərinə paylanılması nəzərdə tutulur. Təməl qidalardan ibarət yardım payları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin vasitəsilə ehtiyac sahiblərinə çatdırılacaq. Türk Kızılayın Qafqaz bölgəsi üzrə rəhbəri Semih Paslı, bütün payların bölgələrdə qapı-qapı paylanacağını planladıqlarını da qeyd edib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Türk Kızılayın Azərbaycanda bir çox fəaliyyətlərdə iştirak etdiyini və bu işbirliyinin bir millət iki dövlət prinsipi ilə edildiyini bildirdi.