08.04.2022 tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində DOST Agentliyinin Beynəlxalq Əlaqələr və Layihələr şöbəsi ilə görüş keçirildi. Görüşdə AzQAC-nin İcraçı Katibi Ceyhun Mirzəyev iştirak edirdi.
Görüş zamanı gələcəkdə qarşılıqlı əlaqələrin qurulması barədə müzakirələr aparılmışdır. Gələcəkdə birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi edildi. Bu fəaliyyətlərə həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin DOST Agentliyinin könüllülərinə müəyyən sahələr üzrə təlimlərin verilməsi də aid edildi. Bu sahələr Psixoloji Yardım, İlk Yardım və könüllü fəaliyyəti ilə bağlıdır.