AzQAC-in region mərkəzləri və rayon bölmələri vasitəsilə Azərbaycan Respiblikası Təhsil Nazirliyinə dəstək verərək, yeniyetmə və gənclər arasında geniş maarifləndirici tədbirlər həyata keçirilir. Buraya, təhsil ocaqlarında Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatına dair, sağlamlıqla bağlı təlim və seminarların təşkili, sorğuların keçirilməsi, rəsm musabiqələrinin təşkili kimi fəaliyyətlər daxildir. Bu fəaliyyətlər Cəmiyyətin işçi heyyəti və könüllülər vasitəsi ilə həyata keçirilir. Belə ki, 2015-ci il noyabr ayının 25-də AzQAC Yasamal rayon bölməsinin dəstəyi ilə rayonda yerləşən Cəbrayıl rayonu D.Qurbani adına Soltanlı kənd tam orta məktəbində 9-cu sinif şagirdlərə Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatına dair seminar keçirilmişdir. Şagirdlərə Beynəlxalq Qızıl Xaç/Aypara hərəkatın yaranması, fəaliyyətləri və prinsipləri haqqında məlumatlar geniş şəkildə çatdırılmışdı.
Bununla yanaşı seminarda iştirak edən şagirdlərə son ayda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanovanın Azərbaycanda yaşayan uşaqların hüquqlarının qorunması dair həsr edilən “Uşaq hüquqları aylığı” ilə bağlı uşaq hüquqları barədə maarifləndirici məlumatlar təqdim edilmişdir. Tədbirin sonunda şagirdlərə AzQAC-in hazırladığı əyani vəsaitlər paylanıldı