2015-ci il noyabr ayının 19-20 tarixlərində Gürcüstanın Tbilisi şəhərində “Təhlükəsiz və Möhkəm İcmaların Qurulması” layihəsinin I-ci ərəfəsinin sona bitməsi ilə bağlı Konfrans təşkil olundu. Radisson-İveria otelində keçirilmiş tədbirdə Cənubi Qafqaz ölkələrinin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri, Qırğızıstan Milli Cəmiyyəti, Avropa ölkələrinin Milli Cəmiyyətlərinin (Avstriya, Danimarka və İsveçrə) və Avstriya İnkişaf Agentliyinin nümayəndələri iştirak edirdi.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) cəmiyyətin Baş Qəraragahından İcraçı Katibin müavinləri Səbinə Məhbubi-İran və Xalidə İsgəndərova, Fövqəladə hallara hazırlıq və cavab vermə şöbəsinin müdiri/TMİQ layihəsinin meneceri Fərid Seyidzadə, AzQAC Sumqayıt şəhər bölməsinin sədri/Rəyasət Heyyətinin üzvü Mətanət Məhərrəmova, AzQAC İsmayıllı və Qusar bölmələrinin rəhbər heyyəti Binyəddin Xeyirbəyov və Tofiq Soltanov təmsil edirdilər. AzQAC ilə yanaşı tədbirdə layihəyə dəstək duran və bilavasitə öz tövhələrini verən məsləhətçi-exspert Faiq Tahirli, İsmayıllı və Qusar rayonların icra hakimiyyəti nümayəndələri cənab Rustəm Səmədov, cənab Zeynal Əsgərov, şəhər və icma səviyyələrində risklərin azaldılması komandaların üzvləri Etibar Pirmatov, Samir Məmmədov, Azər Bağırov, Elçin Zamanov cənabları iştirak edirdilər.
Xüsusi olaraq AzQAC-nın aparıcı tərəfdaşları olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) və Xarici İşlər Naziliyi/Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) nümayəndələrinin iştirakını və cəmiyyətə olan dəstəyini qeyd etmək lazımdır. Bu qurumları AR FHN Fövqəladə Halların nəticələrinin aradan qaldırılması işinin təşkili üzrə Baş İdarənin rəis müavini cənab Rövşən Mehtiyev və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin Humanitar məsələlər üzrə şöbə müdiri cənab Etibar Kərimov təmsil edirdilər.
Tədbirin əvvəlində iştirakçılar Gürcüstan Qızıl Xaç Cəmiyyətinin sədri Natia Loladze, Avstriya Qızıl Xaç Cəmiyyətinin Cənubi Qafqaz üzrə program meneceri Maykl Qrabner, Avstriya İnkişaf Agentliyinin Cənübi Qafqaz ofisinin Başçısı Günter Zimmer və dəvət olunmuş qonaqlar tərəfindən salamlanmışlar. Tədbirin programına bir sıra məsələlər daxildir. Hər üç Qafqaz ölkələrinin Milli cəmiyyətləri tərəfindən 2012-2015-ci illər ərəfəsində aparılmış fəaliyyətlər və nailiyyətlər təqdim olunmuşdur. Avstriya Qızıl Xaç Cəmiyyəti tərəfindən irəli gəlmiş təşəbbüsün nəticəsində cənubi Qafqaz ölkələrinin Milli Cəmiyyətləri tərəfindən aparılan “Təhlükəsiz və Möhkəm İcmaların Qurulması” layihəsi çərçivəsində dəvət olunmuş müxbir tərəfindən uğurla nəticələnən və müxtəlif səviyyələrdə aparılan fəaliyyətlər dərc edilmiş və iştirakçılara təqdim olunmuşdur.
“İcmaların səsi” adlanan sessiyada uğurla nəticələnən misallar müzakirə olunmuş, onların gələcəkdə geniş şəkildə tədbiq olunmaları və icmalarda aparılan fəaliyyətlərin yeni üsullarla keçirmələri müzakirə olunmuş və müzakirələrin əsasında təqdimatlar hazırlanmışdır.
Layihə ilə yanaşı tədbir zamanı bir sıra maraqlı və gələcəkdə fəaliyyətlərin genişlənməsi və efffektivliyi və eyni layihə çərçivəsində zamanda əməkdaşlığın genişlənməsi üçün faydalı olan təqdimatlar keçirildi. Bunların arasında PPRD EAST 2/Şərq Tərəfdaş Ölkələrində Təbii və Texnoqen Fəlakətlərin Qarşısının Alınması, Hazırlıq və Cavab Tədbirləri üzrə Şərq Programını, ATLAS/Ölkə daxilində Risklər və Təhlükələrin qeydiyyatı programını vurğulamaq olar.
Fürsətdən istifadə edərək tədbirdə 2016-2018 illərdə cənubi Qafqaz ölkələrinin Milli Cəmiyyətləri tərəfindən aparılan “Təhlükəsiz və Möhkəm İcmaların Qurulması” layihənin davam olunması üçün donorlar tərəfindən dəstəyin olması səsləndirildi.
Tövsiyələrlə yanaşı Konfrans iştirakçılarının bir müraciəti də O oldu ki, layihənin uğurla davam olunması üçün ölkə daxilində və regional səviyyədə əməkdaşlıq, tərəfdaşlarla olan münasibətlər gücləndirilməli və genişlənməlidir, uğurlu fəaliyyətlər təqdim və tədbiq olunmalıdır.