28 aprel 2022-ci ildə təbii və antropogen fəlakətlərə reaksiya vermək, fövqəladə hallara hazırlığın və xəbərdarlığın təmin olunması üzrə “Şərq Tərəfdaşlıq Ölkələri” proqramının ekspert qrupunun rəhbəri Peter Glerum və Fövqəladə Hallar nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin əməkdaşı Ceyhun İskəndərli Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş qərargahını ziyarət etdilər. Qonaqları AzQAC İcraçı Katibin müavini Şaban Şayev, FHHC şöbəsinin müdiri-İcraçı Katibin müavini Elşən Səlimzadə, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Milli Cəmiyyətin inkişafı üzrə nümayəndəsi Serdar Günel qəbul etdi.
Görüş zamanı “Şərq Tərəfdaşlıq Ölkələri” proqramının 1-ci və 2-ci fazasında əldə edilmiş nəaliyyətlər və 3-cü fazada qarşıya qoyulmuş vəzifələr və eləcə də AzQAC-nin bu proqram çərçıvəsində öhdəlikləri və potensialının artırılması müzakirə edilmişdir.