c866b11f-5503-4e51-8f53-cbe1e100f07e

Azərbaycan Vərəm əleyhinə QHT koalisiyasının 2022-ci ilin rüblük yekununa dair tədbir keçirildi

Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Vərəm əleyhinə QHT koalisiyasının sədri Elçin Muxtarlı ötən dövr ərzində Koalisiyanın gördüyü işlər haqqında məlumat verdi. O qeyd etdi ki, bu dövr ərzində birgə fəaliyyət nəticəsində xeyli uğurlu işlərə imza atılıb.

Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası Katibliyinin nümayəndələri Aytən Hüseynova və Pərvanə Vəliyeva koalisiyanın diqqətə layiq fəaliyyətindən, xüsusən, Ümumdünya Vərəm günü ilə bağlı təşkil etdiyi  silsilə tədbirlərin əhəmiyyətindən danışaraq, təbliğat və marifləndirmə işlərinin vacibliyi baxımından koalisiyaya üzv olan birlik və çəmiyyətlərin həyata keçirdikləri irimiqyaslı işləri diqqətə çatdırdılar.

İclas təqdimatlarla davam etdi. Belə ki, koalisiya üzvləri olan təşkilat və birliklərin nümayəndələri Samirə Muxtarova (“Sağlamlığa xidmət” İB), Sona Hacıyeva və Mətanət Qaraxanova (Azərbaycan Qızıl Aypara Cəmiyyəti), Çingiz Ramazanlı (“Vərəmsiz Gələcəyə Doğru” İB), Ziba Nəbiyeva (İnkişafa Doğru Qadın təşəbbüsü” İB),Cəsarət Hüseynzadə (“İnformasiya təşəbbüslərinə Dəstək” İB), Amal Allahverdiyev (“Vərəmdən Əziyyət Çəkmiş Şəxslərin İcması”), Səbinə Kərimova (“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına DəstəK” İB), Cəmilə Abdulova (“Eşitmə  və Nitq Məhduddiyyətli Şəxslərə Sosial Yardım“ İB) təmsil etdikləri təşkilatların ötən rüb ərzində gördükləri fəaliyyətlər haqqında təqdimatla çıxış etdilər.Tədbirdə rüb ərzində fəaliyyətlərlə bağlı hazırlanmış video-çarxlar da izləndi.

Görüşün sonunda qarşıdakı hədəflər və planlar barədə müzakirələr aparıldı və xatirə şəkilləri çəkildi.

c866b11f-5503-4e51-8f53-cbe1e100f07e 46823eb2-3a37-4773-80e1-a41682aeec15 316bcd32-7bba-4d92-baea-6c60ce0370bb 9a31fb9f-7b07-47df-9c72-b28c90493438 0f69b7fc-c719-4884-91a9-855c1c8589ac

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.