IMG-20220512-WA0017

QHT-lər üçün sağlamlıqla bağlı maarifləndirici seminar keçirildi

Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası (ÖƏK)  fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2004-cü il təsis edilmişdir.  ÖƏK milli məşvərətçi orqan statusuna malikdir və hüquqi və fiziki şəxslərin könüllülük prinsipi əsasında qurulmuş bir çox sahələr üzrə əməkdaşlığını təmsil edir. ÖƏK fəaliyyəti zamanı Azərbaycan Respublikasının qanunvericilik sistemini, Qlobal Fondun cari Əsasnaməsi və tövsiyələrini rəhbər tutur. ÖƏK-in Əsasnaməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

ÖƏK-in Məqsədi – Azərbaycanda İİV/QİÇS, Vərəm və Malyariyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsinə, eyni zamanda Vaksin və İmmunlaşdırma üzrə QAVİ Alyansın dəstəyi ilə həyata keçirilən layihələrin koordinasiyası, monitorinqi, nəzarəti və lazımi digər müvafiq qərarların qəbul olunmasına yardım etməkdir.  ÖƏK heyətinə dövlət və qeyri-hökumət sektorlarının nümayəndələri daxildir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ÖƏK üzvüdür. Cəmiyyətin nümayyəndələri Mətanət Qaraxanova və Sona Hacıyeva AzQAC təmsil edirlər.

ÖƏK fəaliyyəti çərçivəsində, mütəmadi olaraq, Komissiyaya üzv olan dövlət və QHT-n nümayyəndələri üçün sağlamlıqla (Vərəm. AİDS, malyariya və s.) bağlı maarifləndirici təlim, seminarlar təşkil olunur.

Belə ki, 2022ci il 12 may tarixində ÖƏK heyətinə qeyri-hökumət sektorlarının nümayəndələri (Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyanın və HİV-lə mübarizə edən təşkilatların nümayyəndələri üçün “Vərəmin profilaktikası, erkən aşkarlanaraq vaxtında müalicəyə cəlb olunması” və “İlk Yardımın təşkili prinsipləri” mövzularına dair maarifləndirici seminar təşkil edilmişdir. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova seminar iştirakçılara İlk yardımın  təşkili və tədbiqi prinsiplərinə dair məlumatları təqdim etmişdir. Bununla yanaşı o, maneken üzərində bəzi praktiki bacarıqları da nümayiş etmişdir.Gələcəkdə, ÖƏK digər üzvləri üçün İlk Yardım üzrə təlimin daha geniş şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

IMG-20220513-WA0014 IMG-20220512-WA0010 IMG-20220512-WA0035 IMG-20220512-WA0017

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.