Capture

16-17 May 2022-ci il tarixində “Cənubi Qafqazda Yerli İcmaların Fövqəladə Hallar zamanı Sağlamlıq üzrə Dayanıqlılığının Gücləndirilməsi” layihəsi çərçivəsində layihə meneceri Samirə Həsənli Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayon bölməsini və icmaları ziyarət etdi

O, ilk öncə Təzəkənd məktəbində, növbəti gün isə Xanəgah kənd orta məktəbində müəllim və şagirdlər üçün təşkil olunmuş sessiyada iştirak etdi. Sessiyada Fövqəladə hallarda mövcud vəziyyətlər, meydana çıxan problemlər, onların sağlamlığa mənfi təsirləri ilə bağlı məlumatlar verilərək şagirdlərin bu barədə fikir və rəyləri ətrafında müzakirələr aparıldı. Su ilə yayılan və peyvəndlə qarşısı alınan infeksion xəstəliklər və onlarla mübarizə aparmağın yolları haqqında  dinləyicilərə məlumatlar verillərək lifletlər paylanıldı.

Daha sonra isə onlara İlk yardımın müəyyən mövzuları haqqında, məsələn nəfəs borusunun yad cisim ilə natamam və tamam tıxanması və qıcolmalar zamanı göstərilən ilk yardım barədə məlumat verildi. Verilən nəzəri biliklər praktiki cəhətdən tətbiq olunaraq iştirakçılar tərəfindən daha da möhkəmləndirildi. Seminarların sonunda  hər iki məktəbin direktor, müəllim və şagird heyəti əldə etdikləri həyat bilgilərinə görə dərin təşəkkürlərini bildildilər.

Görüşlərdən sonra AzQAC İsmayıllı rayon bölməsinin ofisində yekun görüş kecirilərək fikir mübadiləsi aparıldı. Daha sonra Samirə Həsənli keçirilən fəaliyyətlər barədə öz təsüratlarını bölmə sədri və əməkdaşları ilə bölüşərək, təklif və fikirlərini bildirdi.

000000 000 00 11 Capture ww

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.