18 May tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakıda yerləşən Bakı İstanbul Liseyini ziyarət etdi. Ziyarətdə AzQAC-nin vitse prezidenti Qafar Əsgərzadə, Kızılayın Azərbaycan nümayəndəliyinin rəhbəri Semih Paslı və AzQAC-nin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəqəmsal kommunikasiya üzrə əməkdaşı Vüsal Səfərli iştirak edib.
Görüş zamanı ilk öncə Bakı İstanbul Liseyinin direktoru Tural Abasquliyev ilə qarşılıqlı müzakirələr edildi. Daha sonra şagirdlər üçün nəzərdə tutulan tədbir baş tutdu. Şagirdlərin iştirakı ilə AzQAC-nin vitse prezidenti Qafar Əsgərzadə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixi, fəaliyyətləri və gördüyü işlər barədə geniş və ətraflı məlumat verdi. Ardından Kızılayın Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Semih Paslı Kızılayın Azərbaycanda fəaliyyətindən danışdı. Tədbirin sonunda suallar və fikirlər dəyərləndirildi.