a1b5cddc-789f-44d7-a7cf-e8ca4a71fc6b

Eşitmə və nitq məhdudiyyətli şəxslərlə “Jest dilində Vətən və vətənpərvərlik” mövzusunda tədbir keçirildi

Mayın 20-də Aqbşeron rayonu Mədəniyyət mərkəzində Azərbaycan Vərəm əleyhi QHT Koalisiyasının üzvü, Eşitmə və nitq məhdudiyyətli şəxslərə Sosial Yardım İctimai Birliyi (ENMŞSY İB) “Jest dilində  Vətən və vətənpərvərlik” yönümündə müharibə iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda Yekun layihə tədbir keçirdi.

Tədbirin və layihənin əsasını məhduddiyyətli insanların vətən sevgisini, müharibə dövründə keçirdikləri ancaq biruzə verə bilmədikləri hiss və duyğuların təcəssümü əks etdirilirdi. Eşitmə və nitq məhdudiyyətli şəxslərin jest dilində çəkilən Dövlət himni video çarxı hamını heyran etdi.

ENMŞSY İB-nin sədri Cəlmilə Abdulova layihə haqqında geniş məlumat verərək tanış olduqları qazi və şəhid ailələri haqqında söhbət açdı. Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar xanım bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda yetişməsinə böyük dəstək olduğunu və İH-nin bu işlərə və həssas qruplara xüsusi diqqət və qayğısının olmasını bildirdi. Daha sonra layihə çərçivəsində məhdudiyyətli gənclər tərəfindən ərsəyə gətirilən”Mən əsgərəm” adlı social çarx  və jest dilində bir neçə ədəbi- bədii kompozisiya nümayiş etdirildi. Məşhur hərbi diktor və müğənni Şəmistan Əlizamanlı ilə autizm sindromlu məktəbli Zaurun ifa etdikləri “ Cənab leytenant” mahnısı zalı alqışlara bürüdü. Ən sonda məhdudiyyətli uşaq və gənclərin hazırladıqları hərbi səhnəciklər iştirakçılara təıqdim edildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti də Vərəm əleyhi Koalisiya üzvü kimi tədbirə dəvət alanlar sırasında Miqrasiya şöbəsinin əməkdaşı, icma əsaslı layihələrin məsləhətçi – mütəxəssisi Sona Hacıyeva tərəfindən təmsil olunurdu. Sona Hacıyeva tədbirin əhəmiyyətini təşkilatçı qurum rəhbərinə və dəstəkçi qurumlara söyləyərək, Aypara Cəmiyyəti rəhbərliyinin salamlarını və dəvət üçün təşəkkürlərini onlara çatdırdı və bu böyük təşəbbüs və uğur üçün onları təbrik etdi.

9a6167ca-11e2-4b8f-bccc-1b5c597a8873 188e2a37-be0a-4ff4-a7d1-c9449aaf7d48 a1b5cddc-789f-44d7-a7cf-e8ca4a71fc6b c3247395-937a-4d24-b48c-44c19f25259b

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.