19.05.2022-ci il tarixində AzQAC Sumqayıt şəhər bölməsinin FMKD-nin üzvləri tərəfindən 12 saylı orta məktəbdə “İlk yardım” üzrə təlim keçirildi. Tədbiri giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova açaraq dinləyiciləri salamlayıb, təlimin vacibliyi haqqında məlumat verdi. Fövqəladə Mobil Könüllü Dəstənin bir qrup üzvləri iştirakçılara, huşsuz nəfəs alan və bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, yaralar və yanıqlar mövzusu ətrafında geniş məlumat verərək, praktiki olaraq göstərildi. Gəncləri maraqlandıran suallar cavablandırıldı.