Azərbaycan Vərəm əleyhinə QHT koalisiyasının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Vərəm əleyhinə QHT koalisiyasının sədri Elçin Muxtarlı ötən dövr ərzində Koalisiyanın gördüyü işlər haqqında məlumat verdi. O qeyd etdi ki, bu dövr ərzində birgə fəaliyyət nəticəsində xeyli uğurlu işlərə imza atılıb. Sonra o 26.06.2022-dən 02.07.2022-ə kimi İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin keçirdiyi dünyada “Cəzaçəkmə yerlərində vərəmlə bağlı səhiyyə məsələləri” mövzusunda ilk Beynəlxalq Konfransda iştirakı, etdiyi təqdimatlar, koalisiyanı təmsil edən Qızıl Aypara Cəmiyyəti də olmaqla 9 böyük ictimai birliyin gördüyü nəzərəçarpacaq işlərdən danışdı. O dedi ki, dünyanın bir çox ölkələrindən gələn nümayəndələr görülən işlərə çox böyük rəğbət və maraqla yanaşmış və təqdir etmişlər. Onların bir çeçəsi gələcəkdə Azərbaycan Vərəm əleyhi koalisiyayla əməkdaşlıq etmək təklifləri etmişlər.
Sonra koalisiya üzvlərinin gələcək işlər yönümündə təklif və məsləhətləri dinlənilmişdir.
Koalisiyaya üzv birlik və cəmiyyətlərin Global Fond tərəfindən dəstəklənən vərəmlə bağlı layihələrinin icrasının gecikmə səbəbləri də müzakirə olundu və fikir və təkliflərin səlahiyyətli qurum rəhbərliyinə çatdırılması qərara alındı.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Miqrasiya Şöbəsi və İcma əsaslı layihələr əməkdaşı Sona Hacıyeva təmsil edirdi.