04-05 İyul, 2022 tarixində Astara rayonunda “Cənubi Qafqazda Yerli İcmaların Fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində “Risk kommunikasıyası və icmalarla əlaqələrin qurulması” (RKİƏ) və “Gender müdaxiləsi və sağlamlığın Müdafiəsi” (GMSM) mövzuları üzrə Layihə meneceri Samirə Həsənlinin rəhbərliyi ilə 10 rayonu əhatə edən 39 iştirakçıya təlim keçirildi.
Təlimdə təlimci Mətanət Qaraxanova İctimai Səhiyyədə Cavab tədbirlərində RKİƏ-nin rolu,cavab mərhələlərində RKİƏ fəaliyyətləri, RKİƏ-nin məqsədi,istifadə üsulları,icma rəyinin toplanması və cavablandırılması,icmanın səfərbərliyi və iştirakı,gender müdaxiləsinin fövqəladə hallar zamanı əhəmiyyəti,gender mudaxiləsinin saglamlığa inteqrasiyası mövzuları uzrə nəzəri məlumat verdi.Daha sonra müxtəlif praktiki məşğələr tətbiq olunaraq biliklər möhkəmləndirildi.
Fürsətdən istifadə edərək iştirakçılara İctimai Səhiyyə və İslahatlar Mərkəzindən əldə olunan tütün əleyhinə və sağlam qidalanma mövzuları üzrə maarifləndirici məlumatlar verilərək lifletlər,həmcinin layihə çərçivəsində istehsal olanan materiallar paylanıldı.