Uzun illərdir əməkdaşlıq etdiyimiz “PAŞA Həyat” ASC hər il olduğu kimi bu Qurban bayramında da qeydiyyatımızda olan ahıllarımızı unutmamış, bayram bağlamaları və qurban payı ilə sevindirdilər . QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova “Paşa Həyat” ASC-nin əməkdaşı Məryəmxanım Abasaliyevanı salamlamış, hər bayramda bölmə ahıllarına göstərdikləri diqqət ücün “Paşa Həyat” ASC-nin rəhbərliyinə bölmə və ahıllar adından minnətdarlığını bildirdi. Məryəmxanım Abasaliyeva da ahılları şirkət rəhbərliyi və kollektivi adından təbrik edərək, ən xoş arzularını bildirdi. Ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat nümayəndəsinə onları daima diqqətdə saxladıqları ücün öz xeyir-dualarını verdilər. Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinin bayram sovqatları bölmə könüllüləri tərəfindən evlərində çatdırıldı.