Müqəddəs Qurban Bayramı münasibəti ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərimizin müxtəlif təşkilat və cəmiyyətlərinin qeydiyyatında olan ailələri və həmçinin AzQAC Sumqayıt şəhər bölməsinin ahıllarını da unutmadı. Bölmənin qeydiyyatında olan 30 nəfər ehtiyaclı ahıl ailələrə qurban əti paylanıldı. Ahıllar bu əziz bayramda diqqətdə saxlayan şəhər rəhbərliyinə və AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz dərin minnətdarlıqlarını və xoş arzularını bildirdilər.