Təlim Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin psixoloqu Nigar Qədəşova tərəfindən keçirilmişdir. Təlimdə Milli Cəmiyyətin Cəbrayıl, Qazax və Tovuz rayon bölmələrindən Fövqəladə Mobil Könüllü Dəstələrinin ümumi 15 üzvü iştirak etmişdir. Məqsəd könüllüləri psixo-sosial dəstək mövzusunda maarifləndirmək və keçirdikləri fəaliyyətlər üçün gərəkli olan əsas psixo-sosial bacarıqlar sahəsində təlimatlandırmaq idi.