Dekabrın 2-də Az QAC-nin Qax rayon bölməsi “Yol qəzalarında vəfat etmişlərin xatirə günü” ilə əlaqədar keçirilən tədbirləri davam etdirərək 4 saylı orta məktəbdə “Yolda baş verən qanun pozuntularına yox deyək!” devizi altında seminar keçirdi.
Tədbirdə iştirak edən Qax rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Bəhruz Nəsibov, DYPX- nin inspektoru Elbrus Abdullayev uşaq və yeniyetmələrin yol hərəkəti ilə baglı həyat və saglamlıqlarının qorunması məqsədilə “Diqqət uşaqlar!” devizi altında keçirilən tədbirlər, Respublikanın avtomobil yollarında baş verən qəzaların statistikası, nəticələri və yol hərəkəti qaydaları haqqında geniş məlumat verdilər. Sonra mövzuya aid film,video çarxlar nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.