P1070447

“1 Dekabr Ümumdünya AİDS-lə mübarizə Günü”dür

 

Hər il olduğu kimi,  AzQAC“1 Dekabr Ümumdünya AİDS-lə mübarizə Günü” ilə əlaqədar Respublika QİÇSLə Mübarizə Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində birgə geniş maarifləndirici tədbirləri təşkil edir. AzQAC Sabunçu Rayon Bölməsinin təşkilatçılığı  ilə bu günlə bağlı silsilə tədbirlər təşkil olunmuşdur. Belə ki,  noyabr ayının 27-də Sabunçu Rayonu Gənclər və İdman İdarəsi ilə birgə  Bakıxanov qəsəbəsində yerləşən Gənclər Evində 140 nəfər gəncin iştirakı ilə tədbir keçirilmişdir. Bu tədbirə dəvət olunan Az.Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇSLə Mübarizə Mərkəzinin mütəxəssisləri gənclərə  İİV/QİÇS-ə dair geniş məlumatlar vermiş, gənclərin suallarını açıqlandırmışlar. Tədbirdən sonra gənclərin müayinəsi (ekspress skrininq-test) aparılmışdır. 140 nəfər gəncdən 80 nəfər müayinədən keçmiş və onlarda  virus aşkar edilməmişdir. Tədbirdə iştirak edən AzQAC-in İcraçı katibin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova gənclərə Cəmiyyətin bu sahədə həyata keçirilən fəaliyyətlər barəsində  geniş məlumatlar çatdırmışdır. AzQAC-in İlk Yardım üzrə mütəxəssisi Şahin Biləndərlidə iştirak etmişdir.

Digər tədbir, AzQAC Sabunçu rayon bölməsi və Şəhriyar adına kitabxana ilə birgə təşkil olunan  “HİV və Cəmiyyət” mövzusunda dəirmi masa noyabr ayının 28-də  keçirilmişdir. Tədbirdə Sabunçu rayonunda fəaliyyət göstərən təşkilatlardan “Qadınlar Cəmiyyəti”, Gənclər və İdman İdarəsinin nümayyəndələri, sosial sektorunda çalışan insanlar, 148 saylı məktəbin müəllim və şagirdləri, həkimlər iştirak etmişlər. Bununla yanaşı tədbirə Azərbaycanda fəaliyyət göstərən QİÇSlə yaşayan insanlara dəstək verən İçtimai Birliyin nümayyəndələri dəvət olunmuşlar. Onlar xəstələrə təşkil olunan xidmətlər və proqramlar haqqında geniş məlumatlar çatdırmışlar. AzQAC-in könüllülər sıralarına yeni qatılan  Azərbaycan Tibb Universitetində təhsil alan, iki nəfər Nigeriya ölkəsinin tələbələri (Nigeriya Qizıl Xaç Cəmiyyətinin könüllüləri) Daniel və Markus, ABŞ-da yaşayan və Tibb Universitetində təhsil alan (Azərbaycana 1 illik müddətinə təcrübə mübadiləsi ilə əlaqədar gəlib) 19 yaşlı Tomris bu tədbirə qatılaraq, iştirakçılara öz ölkələrində İİV/QİÇS-lə bağlı məlumatları təqdim etmişlər. AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri M.Qaraxanova dəirmi masanı idarə edirdi. O, iştirakçılara İİV/QİÇS-lə bağlı dünya üzrə, eləcədə Azərbaycanda olan vəziyyət, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi barədə geniş məlumat təqdim etmşdir. Tədbirdə hər bir kəs üçün mövzu ətrafında geniş müzakirələrə qatılmaq imkanı yaradılmışdır. Sonda, hər bir iştirakçı İİV-ə yoluxan və QİÇS-lə yaşayan insanlara öz mesajlarını vərəqələrə yazıb, İİV/QİÇS-lə mübarizə rəmzi olan qırmızı lent üzərində olan lövhəyə yerləşdirmişlər.

Hal hazırda Markus və Daniel Azərbaycan Qızıl Aypara Cəmiyyətində miqrasiya şöbəsinin əməkdaşı, müəllim Sona Hacıyeva tərəfindən azərbaycan dili öyrənirlərP1070484P1070447 P1070492

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.