IMG_2768

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov baş idarədə koordinasiya görüşü keçirdi

2 Avqust 2022 tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş idarəsində Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov koordinasiya görüşü keçirdi. Görüşdə AzQAC rəhbərliyi, şöbə müdirləri və bölmə sədrləri iştirak edirdi.

Görüşdə açılışı Milli Cəmiyyətin prezidenti Novruz Aslanov etdi və iştirak edənləri salamladı.

Novruz Aslanov ilk öncə Milli Cəmiyyətin inkişaf planına uyğun olaraq işlərin davam etdirilməsi barədə qeydlərini bildirdi. Daha sonra uzun müddət idarəetmə şrasının üzvü, prezidentin müşaviri vəzifəsini icra edən Nazim Məcidovun vəfatı 1 dəqiqəlik sükutla yad edildi. Çıxışına davam edən Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətində son günlər baş verən geniş kadr dəyişikliklərinə toxundu. Belə ki, Novruz Aslanov aparatın rəhbəri Ramazan Sultanovun təqaüdə çıxması xəbərini verdi və yeni kadr dəyişikliyi olaraq Elşən Səlimzadənin icraçı katibin müavini, Xalidə İsgəndərovanın icraçı katibin müavini, Renat Vəliyevin fövqəladə hallar şöbəsinin müdiri və Seymur Hümbətovun isə aparat rəhbəri vəzifəsinə təyin olunduğunu bildirdi.

Novruz Aslanov çıxışı zamanı Milli Cəmiyyətin və bölmələrin hazırlıq vəziyyətlərindən danışdı. Ümumiyyətlə, bölmələrin nə qədər hazırlıqlı olduğundan, problemlərə necə yanaşmalarından və hansı vəziyyətdə fəaliyyətlərin icra olunmasından söhbət açdı.

Novruz Aslanov daha sonra Milli Cəmiyyətin uğurlu fandreysinq fəaliyyətləri barədə açıqlamalar verdi və bu sahənin daha da gücləndirilməsindən və inkişaf etdirilmsindən söhbət açdı. Milli Cəmiyyətin prezidenti fandreysinq sahəsindəki uğurlardan biri kimi Milliön və Emanat ödəmə terminallarından ianə etməyin artıq mümkün olduğunu qeyd etdi.

Çıxışına davam edən Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri barədə də açıqlamar verdi. Milli Cəmiyyətin könüllülük siyasətindən danışan Novruz Aslanov, pademiya dövründə və müharibə zamanı könüllülərin uğurlu və əzmkar xidmətlərindən bəhs etdi. Daha sonra isə yerlərdə humanitar missiyalarına sadiq qalaraq rayon bölmələrinin fəaliyyətlərindən və işindən danışdı.

Görüş zamanı Milli Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə də öz fikirlərini bildirdi. Vitse-prezident Milli Cəmiyyətin fəaliyyətlərində ümumi olaraq nizam intizam qaydaları barədə məlumatlar verdi.  Qafar Əsgərzadə daha sonra könüllülərin cəlb olunmasının vacibliyini xüsusi olaraq qeyd etdi. Həm könüllülərin, həm də gənc kadrların işə cəlb olunmasının vacibliyini də bildirərək, çıxışını yekunlaşdırdı.

Daha sonra AzQAC-nin idarə rəisi-vitse prezident Əziz Qocayev çıxış etdi. Əziz Qocayev rayon bölmələri və regional mərkəzlərdə işlərin gücləndirilməsi barədə qeydləri bildirdi.

AzQAC-nin icraçı katibi Ceyhun Mirzəyev də öz növbəsində fikirlərini bildirdi. O həyata keçirilən simulyasiyalar zamanı rayon bölmə könüllülərinin fəaliyyətindən, mülki şəxslərin evakuasiyasından, yaralıların daşınmasından və sonda katibliyin ümumi fəaliyyətindən məlumat verdi.

IMG_2767 IMG_2768 IMG_2769 IMG_2770 IMG_2771 IMG_2772 IMG_2773 IMG_2774 IMG_2775 IMG_2776 IMG_2777 IMG_2778 IMG_2779 IMG_2781 IMG_2782 IMG_2783 IMG_2784 IMG_2785 IMG_2786 IMG_2787 IMG_2788 IMG_2789 IMG_2791 IMG_2792

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.