Bu iclasda AzQAC-nin İcraçı Katibinin müavini Elşən Səlimzadə və Xalidə İsgəndərova, təhsilə giriş kordinatoru Fərid İsmayılzadə, İlk yardım şöbəsinin əməkdaşları Əminə Cabbarova və İlkinə Ağayeva, eləcə də dr Şahin Biləndərli və dr. Mətanət Qaraxanova iştirak etmişdirlər. Müzakirənin sonunda qərara alındı ki, tədbirin açılışını Fövqəlada Hallar Nazirliyindən dəvət olunan nümayəndə və AzQAC-nin İcraçı Katibi Elşən Səlimzadə etsin. Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Tərtər, Tovuz, Qazax və Sumqayıt AzQAC-nin FMKD-nin könüllüləri cəlb olunacaqlar. Digər texniki məsələlər növbəti iclasda müzakirə olunacaq.