2 Avqust 2022-ci il tarixində, 10 Sentyabr Ümumdünya İlk Yardım Günü münasibəti ilə Milli Cəmiyyətin işçi qrupunun ilk planlama iclası keçirilmişdir. Bu tədbirdə AzQAC-nin İcraçı Katibin müavinləri Elşən Səlimzadə, Şaban Şayev, Xalidə İsgəndərova, İlk yardım şöbəsinin əməkdaşları Əminə Cabbarova və İlkinə Ağayeva eləcə də dr. Mətanət Qaraxanova, iştirak etmişdir. Müzakirə olunandan sonra Gəncə regionu pilot region olaraq seçilmişdir. Görüşdə qərara alınıb ki, Gəncə şəhərində keçiriləcək tədbirdə yaxın olan bölgələrin Mobil Könüllü Dəstələri cəlb olunsun. Bu tədbir “Davamlı İlk Yardım Təhsili” şüarı altında keçiriləcək. Digər texniki məsələlər növbəti iclasda müzakirə olunacaq.