01.08.2022 tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində İcma ilə Əlaqələr və Hesabatlılıq (CEA) üzrə seminar keçirildi. Seminarı Azərbaycanda olan Türk Kızılayın təmsilcisi Semih Paslı həyata keçirdi. Seminarda AzQAC-nin müxtəlif bölmələrindən olan könüllülər və baş ofisin işçiləri də iştirak edirdi. İcma ilə Əlaqələr və Hesabatlılıq (CEA) seminarının keçirilməsinin əsas məqsədi bu sahənin məntiqini anlatmaq və sistematik olaraq humanitar fəaliyyətlərdə həyata keçirilməsi məqsədilə baza inkişafı yaradıldı.