IMG_2875

8 Avqust 2022 tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllülər üçün Nağd Pul və Vauçer Yardımı üzrə Maarifləndirmə və Təbliğat Seminarı keçirmişdir

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllülər üçün Maarifləndirmə və Təbliğat Seminarı keçirmişdir. Seminar BQXQACF və AzQAC-ın nağd əməliyyatlar üzrə məsul şəxsləri tərəfindən keçirilib.

AzQAC-ın Baş Qərargahından və 8 bölmədən 27 nəfər iştirakçının qatıldığı “NPVY üzrə Maarifləndirilmə və Təbliğat” seminarı iştirakçılar üçün  böyük maraq doğurmuşdur. Bu yaxşı hazırlanmış tədbir komanda üzvlərinin bir araya gəlməsinə və nağd pul hazırlığı prossesinə cəlb olunmasına kömək etdi.

Seminarın açılışını AzQAC-ın Gənclər və Könüllülər şöbəsinin rəhbəri/İcraçı Katibin Müavini Xalidə İsgəndərova etdi. O tədbir iştirakçılarını salamlayaraq, tədbirin ümumi məqsədini və gözləntilərini bildirdi.

Seminar daha sonra Beynəlxalq Əlaqələr şöbəsinin müdiri/ NPVY üzrə məsul şəxs Nuranə Qasımzadənin və Beyəlxalq Federasiyanın NPVY üzrə Ölkədəki Nümayəndəsi Hanifi Kınacı-nın sözləri ilə davam etdi.

Semiara başlamadan öncə iştirakçıların birbirini yaxşı tanıması üçün onlarla interaktiv formada təqdimat sessiyası keçirildi. Daha sonra Hanifi Kınacı seminarın məqsədlərini və gözlənilən nəticələr barədə çıxışını etdi. İştirakçılar da öz növbələrində bu seminardan gözləntilərini dilə gətirdi.

Növbəti çıxışlarda isə Nuranə Qasımzadə və Hanifi Kınacı NPVY və AzQAC-ın NPVY hazırlıq prosesinin təqdimatını etdilər Təqdimatda NPVY-nın izahı, üstünlüklər və çatışmazlıqları, üsullar, şərtlər, məhdudiyyətlər və çatdırılma mexanizmləri barədə açıqlamalar verildi.

Seminarın ikinci hissəsi NPVY və AzQAC-ın NPVY Hazırlıq Prosesinin tətbiqi barədə çıxışlarla davam etdi. Nuranə Qasımzadə və Hanifi Kınacı bu hissədə Vauçer və çeklərin növləri, məqsədəuyğunluğu, mümkünlüyü və NPVY ilə bağlı tez-tez verilən bəzi suallar, BF-nın Standart Hazırlıq yanaşması, AzQAC-ın keçdiyi mərhələlər, NPVY üzrə Qlobal xəritəsi barədə geniş məlumatlar verdi.

Seminarın sonunda isə İcmalarla iş və hesabatlılıq üzrə məsul şəxs olan Kamilla Rüstəmova və Beyəlxalq Federasiyanın NPVY üzrə Ölkədəki Nümayəndəsi Hanifi Kınacı İcma İşi və Hesabatlılıq barədə geniş izahlar verdilər və bu sahənin Nağd Pul və Vauçer Çeki prosesində oynadığı önəmli roldan bəhs etdilər.

Günün yekununda isə iştirakçıların rəyləri dinlənildi və yekun sözlərlə seminarın bağlanışı edildi.

IMG_2803 IMG_2805 IMG_2811 IMG_2812 IMG_2817 IMG_2820 IMG_2821 IMG_2825 IMG_2826 IMG_2827 IMG_2844 IMG_2851 IMG_2864 IMG_2875 IMG_2876 IMG_2878 IMG_2883 IMG_2893 IMG_2895 IMG_2897 IMG_2901

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.