12 avqust “Beynəlxalq Gənclər” günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin kollektivi 1 günlük İsmayıllı rayonunda istirahətdə oldular. Bölmə sədri Mətanət Məhərrəmova gənc könüllüləri gün münasibətilə təbrik edərək, ən xoş arzularını bildirdi. Maraqlı oyunlar, şən rəqslər günümüzü daha da yadda qalan etdi. Sonda xatirə şəkilləri çəkildi.