AzQAC Sumqayıt şəhər bölməsi və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə Fövqəladə Mobil Könüllü Dəstənin üzvləri tərəfindən gənclərə “İlk yardım” üzrə təlim keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təlimatçısı Lalə Cəlilzadə açaraq dinləyiciləri salamlayıb,təlimin vacibliyi haqqında məlumat verdi . Daha sonra Fövqaladə Mobil Könüllü Dəstənin bir qrup üzvləri iştirakçılara,huşsuz nəfəs alan və bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar,yaralar və yanıqlar mövzusu ətrafında geniş məlumat verildi və praktiki olaraq göstərildi. Gəncləri maraqlandıran suallar cavablandırıldı.