Avqustun 25-də Nizami Kino Mərkəzində “İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib. 500-ə yaxın gəncin qatıldığı konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, gənclər və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri, media qurumlarının və ictimaiyyətin təmsilçiləri, qazilər iştirak ediblər. AzQAC tərəfindən İcraçı Katib Ceyhun Mirzəyev konfransda iştirak etmişdir. Daha sonra konfransda 2020-2022-ci illərdə görülən işlərə və birliyin fəaliyyətinin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirildi. Hesabat zamanı AzQAC-la birgə fəaliyyətlər nümayiş etdirilərək iştirakçıların nəzərinə çatdırılıb. “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyevə ikitərəfli əməkdaşlıqdan məmunluğunu bildirmişdir.