26.08.2022-ci il tarixində AzQAC Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstənin üzvləri Səhiyyə TV-nin “Əlimi Buraxma ” proqramının qonağı oldular. Verlişdə AzQAC vitse-prezidenti Qafar Əsgərzadə, Fövqəladə Hallara Hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə, AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru, Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova da iştirak edirdi. Qonaqlar da öz növbələrində Milli Cəmiyyətin fəaliyyətləri haqqında söhbət etdilər. Daha sonra FMKD-nin üzvü Sona Nəzərovanın moderatorluğu ilə bərpa vəziyyəti, ürək – ağciyər masajı, qanaxma, sınıq mövzular izah olunaraq, könüllülər tərəfindən praktiki göstərildi.