Seminar 29 Avqust 2022-ci ildə başladı. Seminarda açılışı AzQAC Lənkəran rayon bölməsinin kordinatoru Zəfər Miriyev etdi. Seminarda nümayəndələr arasında AzQAC Gənclər və Könüllülər şöbəsinin müdiri / icraçı katibin müavini Xalidə İsgəndərova, Fövqəladə Hallar üzrə şöbə müdiri / icraçı katibin müavini Elşən Səlimzadə, BQXQACF nümayəndəsi Kimo Yuvas, İcma ilə Əlaqələr və Hesabatlılıq üzrə əməkdaş Kamilla Rüstəmova, BQXQACF nümayəndəsi Dzmitry Rusakou, Proqram Kordinatoru Fəridə Kazımzadə və AzQAC regionalarla və bölmələrlə iş üzrə şöbə müdiri Nicat Qəniyev iştirak etdi.
Seminarın irəliləyən saatlarında AzQAC Gənclər və Könüllülər şöbəsinin müdiri / icraçı katibin müavini Xalidə İsgəndərova və BQXQACF nümayəndəsi Kimo Yuvas bölmə nümayəndələrini salamladı. Onlardan gözləntilərini soruşdular. Daha sonra Xalidə İsgəndərova günün planı barədə məlumat verdi.
Daha sonra iştirakçılar öz bölmələri barədə geniş məlumat verdilər. Bu məlumat çərçivəsində onlar gördükləri fəaliyyətlərdən nümunələr gətirdilər. 1-ci günün davamında Xalidə İsgəndərova Milli Cəmiyyətin inkişaf strategiyasından söz etdi.
Növbəti çıxışda BQXQACF nümayəndəsi Kimo Yuvas iştirak edən bölmə üzvlərinə bölmələri barədə suallar ünvaladı. Onlardan bölmələri barədə danışmalarını və inkişaf üçün nələrə ehtiyac duyulduğunu öyrəndi.
Seminarın sonunda isə Xalidə İsgəndərova və Kimmo Juvas Maliyyə vəsaitləri, Könüllülər və Şəbəkə barədə müzakirələr apardılar. Könüllülük siyasətindən danışan Xalidə İsgəndərova müharibə vaxtı könüllülərin etdiklərindən, təlimlərin əhəmiyyətindən danışdı. Daha sonra sosial mediada aktivlikdən danışıldı.
Seminarın sonunda sual-cavab edildi. Seminarın ilk günü barədə müsbət və mənfi tərəflər öyrənildi. Seminar 2-ci günü bu gün davam edir.