Seminarın 3-cü günündə açılışı AzQAC Gənclər və Könüllülər şöbəsinin müdiri / icraçı katibin müavini Xalidə İsgəndərova etdi. Daha sonra İcma ilə İş və Hesabatlılıq üzrə əməkdaş Kamilla Rüstəmova 2-ci günün yekunu barədə müzakirələr etdi və iştirakçıların suallarını dinlədi.
Seminarın gedişatında BQXQACF-ın nümayəndəsi Dzmitry Rusakou Föqəladə Hallarla bağlı təqdimat etdi. Təqdimat sırasında Fövqəladə Hallar üzrə şöbə müdiri / icraçı katibin müavini Elşən Səlimzadə də bu barədə öz fikirlərini bildirdi. Mövzu isə Fövqəladə Hallar zamanı hadisələr və risklər idi. Daha sonra Dzmitry Rusakou təbii fəlakətlər və onların riskləri, qorunma yolları mövzusunda izahlar verməyə başladı. Sonra isə iştirakçılar arasında bu mövzularda qrup işləri aparıldı.