Lənkəranda bölmələrin inkişafına dair 4 günlük seminar yekunlaşdı. Seminarın son günündə iştirakçılar və təşkilatçılar arasında qarşılıqlı müzakirələr və sual-cavab sessiyası oldu. Müzakirələr ümumi təəssürat ilə bağlı oldu. İştirakçıların gözləntilərinin nə dərəcədə qarşılandığı, hansı effektiv təcrübələrin əldə edildiyi, müsbət və mənfi tərəflər, inkişaf forması kimi mövzularda qarşılıqlı müzakirələr aparıldı. Seminarın qapanışını isə AzQAC Gənclər və Könüllülər şöbəsinin müdiri / icraçı katibin müavini Xalidə İsgəndərova, BQXQACF nümayəndəsi Kimo Yuvas, AzQAC Lənkəran rayon bölməsinin kordinatoru Zəfər Miriyev və AzQAC regionalarla və bölmələrlə iş üzrə şöbə müdiri Nicat Qəniyev etdi.