photo1662043098

“Cənubi Qafqazda yerli icmaların fövəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində görüş

01.09.2022 tarixində “Cənubi Qafqazda yerli icmaların fövəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Səhiyyə və sağlamlıq proqramının rəhbəri Töhfə Cəmilova ilə Layihə rəhbəri Samirə Həsənli və İlkin Psixoloji Yardım üzrə təlimçi Mətanət Qaraxanva arasında görüş keçirildi.

Qeyd edək ki, layihənin 3-cü istiqamətinə uyğun olaraq (Fövqəladə hallar zamanı regional və milli səhiyyə potensial imkanları, o cümlədən AzQAC-ın SN, FHN, QXQA Hərəkatı, BMT agentlikləri və Beynəlxalq QHT qurumlarıyla qarşılıqlı əlaqələr və sektorlararası koordinasiya mexanizmləri səviyyəsinin  daha da inkişaf etdirilməsi) görüşdə layihə haqqında ümumi məlumat verilərək fövqəladə hallar zamanı icmaların sağlamlığı mövzusunda hər iki tərəfin maraqları müzakirələr olundu.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Respublika Səhiyyə Nazirliyi və həmçinin Təhsil Nazirliyi arasında imzalanmış memorandumların böyük rolunu əsas gətirərək icmalardakı, o cümlədən məktəblərdəki fəaliyyətlərin effektli və maneəsiz şəkildə aparılması vurğulandı.

Məktəblərdə fövqəladə hallar zamanı sağlamlığa aid güşələrin yaradılması, məktəblilərin İlk Yardım, Epidemiyaya hazırlıq/Su,sanitariya və gigiyena, İnfeksion və Qeyri-infeksion xəstəliklər,Psixoloji ilk yardım və Psixososial dəstək mövzularına həsr olunmuş maarifləndirici sessiyalarda , o cümlədən simulyasiya təlimlərində fəal iştirak etmələri layihənin uşaqların da sağlamlığına verdiyi töhfənin güstəricisi olaraq qeyd olundu.

Töhfə Cəmilova  gələcəkdə UNİCEF və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) arasında bu kimi layihələrdə tərəfdaşlığın daha inkişaf etdiliməsi istiqamətində addımların atılmasının səmərəli nəticələr verəcəyini bildirdi.photo1662043056

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.