IMG-20220829-WA0044

Azərbaycan Vərəm əlehinə QHT Koalisiyasının nümayyəndələri Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Milli Vərəm Proqramının rəhbəri Nadir Zeynalov ilə görüş keçirildi

Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası 2011-ci ildən Vərəm, AİDS və Malyariya ilə mübarizə Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Ölkə Əlaqələndirmə Komissiyasının dəstəyi ilə ”Sağlamlığa Xidmət İctimai birliyinin sədri Elçin Muxtarlının təşəbbüsü ilə yaradılmışdır. Koalisiyaya 9 təşkilat üzv olaraq, Azərbaycanda vərəm sahəsində geniş fəaliyyətləri həyata keçirir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Sona Hacıyeva və Mətanət Qaraxanova təmsil edənlər) Koalisiyasıyanın üzvüdür.

Məlumdur ki, Azərbaycanda son dövrdə səhiyyə sistemində yeniliklər və dəyişikliklər baş verir.

2022-ci il 29 avqust tarixində Azərbaycan Vərəm əlehinə QHT Koalisiyasının nümayyəndələri yeni təyin olunmuş Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Milli Vərəm Proqramının rəhbəri Nadir Zeynalov ilə görüş keçirilmişlər.

Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının sədri  Elçin Muxtarlı 10 il ərzində Koalisiyanın həm ölkədə həm beynəlxalq səviyyədə fəaliyyətləri, həyata keçirdiyi layihələr və uğurlar barədə geniş məlumatları təqdim etdi.

Görüşdə iştirak edən Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının üzv təşkilatların nümayyəndələri öz fəaliyyətləri, xüsusilə ölkədə mövcud olan vərəmlə bağlı vəziyyət və vərəm sahəsində çalışan QHT-lərlə nazirliyin səmərəli əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunmuşdur.

AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru M.Qaraxanova Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın vərəmlə mübarizə sahəsinin vacib sahələrdən biri olduğunu vurğulamışdır. O, uzun illər ərzində Milli Cəmiyyətin də  bu sahədə əldə etdiyi uğurlu təcrübələr haqqında və bunun   Koalisiyanın həyata keçirilən fəaliyyətlərə dəstək olduğunu xüsusi qeyd etmişdir.

Nazir müavini Nadir Zeynalov səhiyyə sahəsində son dövrlər xüsusilə vərəm sahəsində həyata keçirilən fəaliyyətlər, mövcud olan vəziyyət haqqında məlumat vermiş, rastlaşan problemlərin aradan qaldırılmasında Koalisiyanın rolunu vurğulamışdır, fəaliyyətlərin qanunlara əsasən həyata keçirilməsi, beynəlxalq əməkdaşlığa dair  tövsiyyələrini  səsləndirmişdir.

Koalisiya ilə əməkdaşlığa və vətəndaş cəmiyyəti təşkilatlarına verdiyi dəstəyə görə Nadir Zeynalova Koalisiya adından təltifnamə təqdim olunmuşdur.

IMG-20220829-WA0044

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.