Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi aztəminatlı və qayğıya ehtiyacı olan ailələrə dəstəyini davam etdirir. Bölmə mütəmadi olaraq aztəminatlı ailələri ziyarət edir və onların ehtiyaclarına uyğun olaraq yardım göstərir.
Benefiasarlar onları daima diqqət mərkəzində saxlayan və qayğılarına qalan AzQAC-ın Pirallahı rayon bölməsinin sədrinə və könüllülərinə öz minnətdarlıqlarını bildiriblər.