20220920_143956

Fövqəladə Mobil Könüllü Dəstələrin üzvləri üçün “Mənim haqqımda kitab” təlimi təşkil olundu

19-20 sentyabr tarixlərində Bərdə rayonunda Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri üçün “Mənim haqqımda kitab” təlimi təşkil olundu. “Mənim haqqımda kitab” – 2010-cu ildə İsveç Qızıl Xaç Cəmiyyəti tərəfindən hazırlanmış alətlər dəstidir. Kitab silahlı münaqişə və digər zorakılıqlardan təsirlənən uşaqların ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmışdır. Təlimin əsas məqsədi könüllülərə stressin uşaqlara təsirləri barədə məlumat vermək, ən əsası isə onlara kitabla işləməyi öyrətməkdir ki, uşaqların psixoloji durumunu yaxşılaşdırmaq üçün məktəblərdə sessiyalar keçirə bilsinlər.

Təlim Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin psixoloqu Nigar Qədəşova tərəfindən keçirilmişdir. Milli Cəmiyyətin Ağdam, Bərdə, Füzuli, Tərtər və Tovuz rayon bölmələrindən olan könüllülərin iştitakı ilə təşkil olunmuş təlim sonrası könüllülərin məktəb şagirdləri ilə fəaliyyətləri nəzərdə tutulub.

20220919_154031
20220920_144116 20220920_144647 20220920_144719 20220920_144750 20220920_144830 20220920_144916

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.