IMG_3863

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun rəhbərliyi ilə koordinasiya müşavirəsi keçirilib

12 Oktyabr 2022-ci tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun rəhbərliyi ilə koordinasiya müşavirəsi keçirilib. Müşavirədə AzQAC-ın rəhbərliyi, şöbə müdirləri və əməkdaşları iştirak edib.

Müşavirədə həmçinin AzQAC-ın keçmiş baş katibi, hal-hazırda İndoneziya, Sinqapur, Bruney və Timor-Leşte üzrə Subregional/Klaster Nümayəndəliyinin rəhbəri Elxan Rəhimov da qonaq qismində iştirak edib.

Müşavirəni giriş sözü ilə açan Novruz Aslanov ilk öncə Milli Cəmiyyətin inkişaf planına uyğun olaraq işlərin davam etdirilməsi barədə qeydlərini bildirib. Daha sonra tərəfdaşlarla, Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası ilə işlərin qurulmasından və inkişaf etdirilməsindən bəhs edib. Bu təşkilatlar arasında 3 tərəfli görüşlərin və fəaliyyətlərin həyata keçirilməsinin önəmini vurğulayıb.

Daha sonra Milli Cəmiyyətin prezidenti BQX/QACF dəstəyilə Milli Cəmiyyətdə müəyyən sahələr üzrə fəaliyyət göstərən əməkdaşların bugünə qədər gördükləri işlər barədə qısa məruzələrini dinləyib. Bura Rəqəmsal Kommunikasiya, İlk Yardım, Silahlara Qarşı Mübarizə, Təchizat, Planlama-Monitorinq və Hesabat, İnsan Resursları, Fandreyzinq, Təhsilə Giriş və Psixososial fəaliyyətlər daxildir. Bu fəaliyyətlər üzrə hər bir əməkdaş öz məruzəsində bugünə qədər gördüyü işlər və gələcək planlar və strategiyalar barədə danışıb.

Novruz Aslanov öz növbəsində bu fəaliyyətlər istiqamətində görülən işlərdən məmnunluğunu bildirib və nəticə yönümlü işlərin gələcəkdə gücləndirilməsini xüsusilə vurğulayıb.

Daha sonra qonaq qismində iştirak edən Elxan Rəhimov öz fikirlərini bildirib. O, Milli Cəmiyyətin dəyərindən, məramından və beynəlxalq səviyyədə artan nüfuzundan bəhs edib. Elxan Rəhimov bütün əməkdaşlara uğurlar arzulayaraq çıxışını yekunlaşdırıb.

Müşavirənin sonunda Novruz Aslanov Elxan Rəhimovu İndoneziya, Sinqapur, Bruney və Timor-Leşte üzrə Subregional/Klaster Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinatı ilə bağlı təbrik edib və ona simvolik olaraq AzQAC-a məxsus hədiyyə verib.

Müşavirənin sonlarında isə AzQAC-ın vitse prezidenti Qafar Əsgərzadə nizam-intizam, əməkdaşların birgə fəaliyyəti və işlərin daha da gücləndirilməsi barədə fikirlərini bildirib.

IMG_3863 IMG_3869 IMG_3875 IMG_3931 fd5c7f59-c483-40fb-adac-93db5906b1cf IMG_3943 IMG_3946

 

IMG_3877 IMG_3879 IMG_3880

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.