AzQAC-nin Qax rayon bölməsi 5 dekabr Beynəlxalq Könüllülər gününü bölmənin ofisində könüllülərin iştirakı ilə dəyirmi masa arxasında qeyd etdi. Öncə bölmə sədri Sara Xəlilova Qızıl Aypara Hərəkatı, könüllülük fəaliyyəti və 2011-2015-ci illər Strateji planına uygun olaraq qayğıya ehtiyacı olan insanlara göstərilən könüllü xidmətdən söz açdı. Sonra bölmənin gənclər və könüllülərlə iş üzrə təlimatçısı Hacı Mütəllibov sosial yönümlü layihələrin həyata keçirilməsində könüllülərin iştirakından danışdı.
Çay süfrəsi arxasında maraqlı keçən tədbirdə könüllülər yeni ildə könüllü xidmətin səmərəliyinin artırılması məqsədilə müxtəlif təklifləri müzakirə etdilər.
Tədbirdə Az QAC Qax rayon bölməsinin fəaliyyətini əks etdirən prezentasiya nümayiş etdirildi. Sonra S.Xəlilova bölmənin işində fəal iştirak etdiklərinə görə könüllülərə təşəkkürünü bildirdi və onlara hədiyyələr təqdim etdi