5 Dekabr 2015-ci il tarixində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) 20-ci Baş Assambleyası özünün ilk plenar sessiyasına başlamışdır. Plenar sessiyanın gündəliyindəki əsas müzakirə mövzusu Beynəlxalq Federasiyanın 2020 Strategiyası idi. İlk olaraq BQXQACF-nın yeni təyin olunmuş İcraçı Katibi cənab Elhac As Si Beynəlxalq Federasiyanın 2020 Strategiyasının aralıq icmalı haqqında geniş hesabatını təqdim etdi. İcraçı Katib cenab Elhac As Si Federasiyanın 2020 Strategiyasına edilməsi lazım olan müvafıq əlavə və dəyişikliklər haqqında məlumat verərək, bu istiqamətdəki əsas tövsiyələrini bildirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi Bayram Vəliyev Baş Assambleyada çıxış edərək Federasiyanın İcraçı Katibinin hesabatını yüksek qiymətləndirərək, Federasiyanın 2020 Strategiyasının qənaətbəxş səviyyədə həyata keçirildirildiyini və AzQAC-nın 2011-2015 və 2016-2020 Stratejı Planlarının əsas baxış və fəaliyyət istiqamətlərinin Beynəlxalq Federasiyanın 2020 Strategiyası üzərində formalaşdırıldığını bildirdi.
Plenar sessiya zamanı müzakirə olunan digər mühüm məsələ Beynəlxalq Federasiyanın Konstitusiyasına müvafiq əlavə və deyişikliklərin edilməsi idi. AzQAC- nin İcraçı Katibinin müavini Ceyhun Mirzəyev çıxış edərək vurğuladı ki, Milli Cəmiyyətlərin və Beynəlxalq Federasiyanın öz fealiyyət və öhdəliklərinin şəffaf qaydada təyin və tərtib olunmasını və Federasiyanın mükəmməl səviyyədə idarə olunmasını təmin etmək üçün müvafiq dəyişiklik və əlavələrin edilməsi lazımdır.
5 Dekabr tarixində eyni zamanda AzQAC-nın İcraçı Katibi Bayram Vəliyev BQXQACF-nın İcraçı Katibi cənab Elhac As Si ilə də görüşmüşdür. Görüşdə AzQAC-nın dövlət və Beynəlxalq Federasiya ilə mövcüd olan müsbət elaqələrdən söhbət açılmışdır